Ölkə

Türkiyə bayrağına hörmətsizlik edən Fuad döyülüb? - Ekspertiza rəyi açıqlandı

9 Fevral 2022 11:14
3 Şərh     Baxış: 2 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində Türkiyə bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılovun 30 günlük inzibati həbs qərarından verilmiş şikayətinə baxılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, F.İsmayılov məhkəmədə iddia edib ki, saxlanılan zaman və ondan sonra polis bölməsində döyülüb. İddiaya görə, zərbələrdən qulağının pərdəsi cırılıb, üzündə və bədənində xəsarət izləri yaranıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, iddiaların təfərrüatlarının yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub: "Fuad İsmayılov müayinədən keçirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsində keçirilən müayinə zamanı onun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory