Ölkə

Hacıqabulda 59 yaşlı qadın itkin düşüb

31 Yanvar 2022 09:22
1 Şərh     Baxış: 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabulda 59 yaşlı qadın itkin düşüb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 59 yaşlı Svetlana Hümmətova yanvarın 27-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Svetlana Hümmətovanın əlamətləri belədir: boyu 165 sm., orta bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, qara yubka və qara ayaqqabı olub.

"Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.