Ölkə

Bakıda məşhur gecə klubunda dava düşdü - VİDEO

30 Yanvar 2022 09:52
1 Şərh     Baxış: 1 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nizami rayonunda kütləvi dava düşüb. Hadisə gecə saatlarında "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən klublardan birinin yaxınlığında baş verib. Sosial şəbəkələrdə əvvəlcə məlumat yayılıb ki, dava yerli sakinlərlə ərəb turistlər arasında olub. Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirib. 

Gecə klubunun yaxınlığında ərəblər arasında dava düşüb. Hadisə yerinə polis gəlib.

İnsident gecə saatlarında paytaxtın Nizami rayonu Qara Qarayev prospektindəki gecə klublarından birinin yaxınlığında baş verib. Məlumata görə, klubdan çıxan 4 ərəb turist arasında hələki bilinməyən səbəbdən mübahisə düşüb.

Ətrafda olanlar onları ayırmaq istəsələr də, bu mümkün olmayıb. Hadisə yerinə ərazi üzrə 25-ci polis şöbəsinin əməkdaşları gələrək onları ayırıblar. Ərəb turistlər bölməyə aparılıblar, tərcüməçinin iştrakı ilə onların izahatı alınıb. Daxili İşlər Nazirlyinin baş inspektoru Anar Qafarov hadisə ilə bağlı sosial şəbəkələrdə yayaılan məlumatlara aydınlıq gətirib

Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Polis Şöbəsində turistlər bir-birilərindən şikayətçi olmadıqlarını bildiriblər. İzahatları alınandan sonra həmin şəxslər sərbəst buraxılıblar. Aldığımız məlumata görə, onlar bu gün səhər saatlarında ölkələrinə qayıdıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.