Ölkə

Yas mərasimi təşkilinə görə 1 nəfər həbs olunub, 11 nəfər cərimələnib

26 Yanvar 2022 19:42
0 Şərh     Baxış: 859
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə rayonunda polis tərəfindən fərdi yaşayış evinin həyətində xüsusi karantin rejim qaydalarına zidd olaraq yas mərasiminin təşkili və keçirilməsinin qarşısı alınıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayonun Xəsilli kəndində mərasimi təşkil edən Xudayar Allahverdiyevin əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğuna görə fakta görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bununla yanaşı, yas mərasimində çadır xidməti göstərən Eltaş Şəmsəddinli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq məhkəmənin qərarı ilə 8 sutka, dini ayinləri icra edən Ramiz Allahverdiyev və digər 10 iştirakçı barəsində müvafiq olaraq 200 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.