Ölkə

Lənkəranda qəza nəticəsində 1300 abonent işıqsız qalıb - VİDEO - FOTO

9 Yanvar 2022 09:36
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil qəzası nəticəsində bir kəndin enerji təchizatı kəsilib

Milli.Az APA-ya istinadən bildirir ki, qəza gecə saat saatlarında Lənkəran-Boradigah yolunun Lənkəranın Vilvan kəndindən keçən hissəsində baş verib.

Masallının Boradigah qəsəbə sakini, 1989-cu il təvəllüdlü Etibar İsmayıl oğlu Məmmədovun idarə etdiyi 99-OK-662 dövlət qeydiyyat nişanlı "KIA" markalı minik avtomobili çiskinli hava şəraitində idarəetmədən çıxıb və yol kənarındakı beton işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yıxılıb və Lənkəranın Vilvan kəndində yaşayan 1300 abonent işıqsız qalıb. Qəza nəticəsində avtomobildə olan 1982-ci il təvəllüdlü sərnişin, Boradigah qəsəbə sakini Nurlan Rəhman oğlu Ağaverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.