Ölkə

Saatlıda itkin düşən azyaşlı tapılıb

7 Yanvar 2022 11:58
0 Şərh     Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Övladının itməsi ilə əlaqədar böyük həyəcan hissləri keçirən ata R.Məmmədov tez bir müddət ərzində qızının tam sağlam halda, heç bir zərər görmədən tapıldığına görə Azərbaycan Polisi ilə fəxr etdiyini bildirib, DİN və Saatlı RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.