Ölkə

Bakıda direktor şagirdləri döydü - YENİLƏNİB - VİDEO

6 Yanvar 2022 15:39
15 Şərh     Baxış: 3 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15:39

Xəbər verdiyimiz kimi, Bakıda məktəb direktorunun şagirdləri döyməsini əks etdirən iddia olunan video yayılıb.

Həmin görüntülərin 9 saylı tam orta məktəbdə çəkildiyi deyilir. İddiaya görə, məktəbin direktoru Zinyət Əhmədova iki şagirdə foyedə şillə vurub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a bildirilib ki, paytaxtdakı 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır: "Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

--------

14:24

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb. 

Onun bu hərəkəti kamerala düşüb. 

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.