Ölkə

Kürdəmirdə qanunsuz ov edən üç nəfər saxlanılıb

5 Yanvar 2022 18:12
0 Şərh     Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri - Ruslan İbrahimov, Kamil Əsgərov və İlham Mikayılov saxlanılıblar.

Onlardan 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 4 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.