Ölkə

"Bacım qızının başına daş düşsün" - Abid Şərifovdan işdən çıxarılan direktor qohumu haqda SƏRT AÇIQLAMA

22 Dekabr 2021 13:24
9 Şərh     Baxış: 5 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün bundan əvvəl rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Kuliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda xəbər vermişdik.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Manset.az Baş nazirin keçmiş müavini Abid Şərifovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında belə halları pisləyib.

"Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.