Ölkə

Rayon təhsil şöbələri ləğv edilib? - Nazir açıqladı

21 Dekabr 2021 10:57
0 Şərh     Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilib və regional təhsil idarələri yaradılıb. Bu, yerlərdəki təhsil strukturlarının ləğvi demək deyil. Təhsil şöbələri də fəaliyyət göstərəcək".

Milli.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, regional idarələrin yaradılması ilə təhsil formatının vahid idarəetməsinə nail olunacaq: "Məsələn, regionda hansısa müəllimin dərs saatından şikayəti varsa, nazirliyə müraciət edir. Nazirlik bu işlə məşğul olanda digər işlər qalır. Əslində bunu nazirlik etməməlidir, regional idarələr bu işi həyata keçirəcək. Bu həm də vətəndaş müraciətlərinin daha asan həllinə gətirib çıxaracaq. Bu proses qarşılıqlı şəkildə həyata keçiriləcək".

Nazir bildirib ki, regional idarələrin funksiyaları düzgün icra olunduqca, onlara bir sıra əlavə səlahiyyətlər də veriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.