Ölkə

Mingəçevirdə yanğında 81 yaşlı kişi ölüb

21 Dekabr 2021 10:23
0 Şərh     Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ə.Xəqanı küçəsində yerləşən binada baş verib. Yanğın iki otaqlı mənzilin bir otağını əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Yanğın yerinə baxış zamanı 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun meyiti tapılıb.

Hadisə zamanı bir neçə bina sakininin tüstüdən zəhərləndiyi bildirilir. Bina sakinləri təxliyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.