Ölkə

Azərbaycanda meşədə yanğın başladı

20 Dekabr 2021 09:22
0 Şərh     Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.