Ölkə

140 şəxs barəsində cinayət işi üzrə icraata xitam verildi

13 Dekabr 2021 11:12
0 Şərh     Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbaut xidmətindən Milli.Az-a verilən məlumata görə, bu günün rəqəmi isə 140-dır.

Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində Amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.