Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun mətbaut xidmətindən Milli.Az-a verilən məlumata görə, bu günün rəqəmi isə 140-dır.
Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində Amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
Milli.Az