Ölkə

Zəngilana böyük qayıdış başlayır - Sakinlər doğma torpaqlarına köçürülür - VİDEO

8 Dekabr 2021 13:48
0 Şərh     Baxış: 2 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun illər arzuladılar və nəhayət Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu onların xəyallarını gerçəkləşdirdi. Artıq Zəngilan rayonunun Ağalı kəndinə böyük köç başlayır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Hüseynovlar ailəsindən Etibar Hüseynov Ağalı kəndinə ilk köçəcək sakinlərdən olacaq.

Ağalı kənd sakini doğma yurduna qayıtqıdan sonra hansı işlə məşğul olacağını da müəyyənləşdirib.

Hüseynovlar ailəsinin digər üzvləri də öz doğma yurd-yuvalarına qayıtmağı səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizə qayıdış mərhələli şəkildə həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.