Avto

Avropada ilin ən yaxşı avtomobili seçilir

18 Dekabr 2014 22:34
0 Şərh     Baxış: 1 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İlin avtomobili" Avropa müsabiqəsinin təşkilatçıları qələbə uğrunda mübarizəni davam etdirəcək yeddi avtomobilin adlarını açıqlayıblar. Birinci yerin sahibi 2015-ci ilin martın 2-də Cenevrə avtosalonu ərəfəsi açıqlanacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, birinci mükafata bu dəfə BMW 2-Series Active Tourer, Citroen C4 Cactus, Ford Mondeo, Mercedes-Benz C-Class, Nissan Qashqai, Renault Twingo və Volkswagen Passat iddia edir. Başlanğıcda ilkin siyahıya 31 maşın daxil edilmişdi və onların arasında Audi TT, BMW 2-Series, Porsche Macan, Smart ForTwo, Lexus RC və Jeep Renegade kimi modellər var idi.

Müsabiqənin qalibini 22 ölkədən 58 avtomobil jurnalisti müəyyən edəcək. Keçən il Avropada "İlin Avtomobili" Peugeot 308 olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.