Gözəllik arzusu həyatını MƏHV ETDİ: 6 ildir əzab çəkir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində kosmetik əməliyyatdan sonra hətta yuxuda belə gözlərini tam bağlaya bilməyən qadın daha bir çətin vəziyyətlə üzləşib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.
Məlumata görə, Van soyadlı qadının hekayəsi artıq altı ildən çoxdur davam edir və ölkədə geniş rezonans doğurub. O, 2020-ci ilin iyununda kosmetik göz əməliyyatı etdirib və prosedur üçün 12 min yuan (təxminən 1 800 dollar) ödəyib. Əməliyyatı klinikanın marketinq direktoru kimi təqdim olunan bir şəxs həyata keçirib.
Van elə həmin gün evə buraxılıb, lakin vəziyyəti getdikcə ağırlaşıb. Əməliyyatı həyata keçirən şəxs isə qadını tezliklə sağalacağına inandırıb. Sonradan isə onun zənglərinə belə cavab verməyib. Nəticədə Van başqa tibb müəssisəsinə müraciət etmək məcburiyyətində qalıb.
"Böyük xəstəxanalardan birinin həkimləri müəyyən etdilər ki, əməliyyat zamanı gözyaşı kanallarım zədələnib və göz qapaqlarında prosedur düzgün aparılmayıb. Onlar səhvi düzəltmək üçün yenidən əməliyyat olunmağımı tövsiyə etdilər", - deyə qadın bildirib.
Daha sonra Van korreksiya əməliyyatı keçirib, lakin fəsadları tam aradan qaldırmaq mümkün olmayıb. Göz qapaqlarının zədələnməsi nəticəsində o, hətta yuxuda belə gözlərini tam bağlamaq imkanını itirib.
2022-ci ildə aparılan ekspertiza onun travmasını rəsmi olaraq doqquzuncu dərəcəli əlillik kimi qiymətləndirib. Yerli təsnifata görə onuncu dərəcə ən ağır hesab olunur.
"Əməliyyat həyatımda ağır izlər buraxdı. O qədər utanırdım ki, işə getməyə və ya insanlarla görüşməyə cəsarət etmirdim. Sonradan depressiya və yuxusuzluqdan əziyyət çəkməyə başladım", - deyə qadın qeyd edib.
Van daha sonra məhkəməyə müraciət edib. Araşdırma zamanı məlum olub ki, onu əməliyyat edən şəxsin tibbi fəaliyyət göstərmək üçün lisenziyası olmayıb. Əməliyyatın aparıldığı klinika da müvafiq icazə sənədləri olmadan fəaliyyət göstərib.
Məhkəmə hökmündən əvvəl tərəflərə barışıq müqaviləsi bağlamaq təklif olunub. Beləliklə, əməliyyatı həyata keçirən şəxs mümkün cinayət məsuliyyətindən yayına bilib.
Nəticədə tərəflər razılığa gəliblər. Razılaşmaya əsasən, həmin şəxs Vana 850 min yuan (təxminən 125 650 dollar) məbləğində kompensasiya ödəyib. Eyni zamanda qadın məsələ ilə bağlı sosial şəbəkələrdəki bütün paylaşımlarını silməyə, KİV-lərə müraciət etməməyə və bu iş üzrə yeni iddialar qaldırmamağa razılaşıb.
Müqavilədə əlavə şərt də yer alıb: əgər Van bu öhdəlikləri pozarsa, qarşı tərəfə 400 min yuan (təxminən 59 min dollar) cərimə ödəməli olacaq.
Qadın ümid edirdi ki, münaqişə başa çatdıqdan sonra normal həyatına qayıda biləcək. Lakin bir müddət sonra həmin şəxs sosial şəbəkələrdə onu təhqir etməyə və qardaşını dələduzluqda ittiham edən videolar paylaşmağa başlayıb.
Buna cavab olaraq Van və yaxın qohumları əməliyyatın nəticələri barədə bir neçə videomüraciət yayıblar.
Məhz bu videolar yeni məhkəmə araşdırmasına səbəb olub və barışıq müqaviləsinin pozulması kimi qiymətləndirilib.
Bu ilin əvvəlində məhkəmə qarşı tərəfin xeyrinə qərar çıxarıb və qadını müqavilədə nəzərdə tutulan 400 min yuan məbləğində cəriməni ödəməyə məcbur edib. Onun qərardan verdiyi şikayətlər də yuxarı instansiya məhkəmələri tərəfindən təmin olunmayıb.
Beləliklə, Van indi vaxtilə qanunsuz əməliyyat aparmaqda və sağlamlığına zərər vurmaqda ittiham etdiyi şəxsə kompensasiya ödəməli olacaq.
"Öz hüquqlarını qorumaq çox çətindir. Qoy bu hekayə bütün qadınlar üçün dərs olsun. Plastik əməliyyat etdirməzdən əvvəl yaxşı düşünün. Çünki bu, ömürlük peşmançılığa səbəb ola bilər", - deyə qadın sosial şəbəkədəki paylaşımında yazıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu





