Milli.Az 4charx.com-a istinadən bildirir ki, birinci mükafata bu dəfə BMW 2-Series Active Tourer, Citroen C4 Cactus, Ford Mondeo, Mercedes-Benz C-Class, Nissan Qashqai, Renault Twingo və Volkswagen Passat iddia edir. Başlanğıcda ilkin siyahıya 31 maşın daxil edilmişdi və onların arasında Audi TT, BMW 2-Series, Porsche Macan, Smart ForTwo, Lexus RC və Jeep Renegade kimi modellər var idi.
Müsabiqənin qalibini 22 ölkədən 58 avtomobil jurnalisti müəyyən edəcək. Keçən il Avropada "İlin Avtomobili" Peugeot 308 olmuşdu.
Milli.Az