Klassik və sürət avtomobilləri festivalının birinci günü başa çatıb - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 6-da Bakıda "Classics & Supercars" festivalı başlayıb.
Milli.Az xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.
İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, "Supercar"lar və idman avtomobilləri nümayiş olunur.
Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri var.
Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunan nəqliyyat vasitələridir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini özündə əks etdirən nadir nəqliyyat vasitələridir. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa edilir və nümayiş olunur.
Festivalda retro avtomobillərlə yanaşı güclü mühərrik və müasir texnologiyalarla seçilən müxtəlif növ idman avtomobilləri və "Supercar"lar da təqdim edilir.
Festivala gələn ziyarətçilər istər yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillər, istərsə də öz tarixi və zərifliyi ilə dəyər qazanan retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı qazanır.
Festival iyunun 7-də saat 11:00-dan 16:00-dək davam edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes" avtomobillərində problemlər aşkarlandı
-
BMW 2028-ci ilədək 8 min iş yerini ixtisar edəcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
BMW 318 mindən çox avtomobili geri çağırır
-
"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
XƏBƏR LENTİ
-
Livan ölüm hökmünü ləğv etdi
-
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
-
21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
-
Könül Kərimova göz yaşları tökdü - (Video)
-
Yasamalda marketdən oğurluq edən şəxs saxlanılıb
-
“Sabah” – “Orhus” matçında anşlaq: Bütün biletlər satılıb
-
Şadlıq saraylarında qiymətlər bahalaşdı - (Video)
-
ABŞ zəlzələyə görə 15 milyon dollar ayırdı
-
“Barselona”nın oyunçusu 6-7 ay oynaya bilməyəcək
-
“1 saat 10 dəqiqə ərzində 103-ü yığdım cavab verən olmadı” - (Video)
-
Bu tərliklər ayağın formasını dəyişə bilər
-
Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)
-
Kobaxidze: Rusiyanı düşmən adlandırmaq siyasi addımlar tələb edir
-
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 888 mini ötüb
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
-
“Çelsi”nin qapıçısı Liqa 1 klubuna icarəyə verildi
-
Zaqatalada TIR-la minik avtomobili toqquşub - 2 nəfər xəsarət alıb
-
Zəlzələdə ölənlərin sayı 6301-ə çatdı
-
İstanbulda erməni kişi qətlə yetirildi
-
“Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın”





