İran

Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR

7 İyun 2026 22:56
Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində həyatını itirdiyi bildirilən Heydər Salehinin ailəsi faciənin izlərini hələ də yaşayır.

Milli.Az xəbər verir ki, məlumata görə, hadisə zamanı həlak olan uşaqlardan biri olan Heydərin atası oğlunun ölümündən üç ay keçməsinə baxmayaraq, hər gecə onun məzarı yanında qalır və səhərə qədər orada gecələyir.

Ata bildirib ki, övladını tək buraxmağa gücü çatmır:

"Mən onu tək qoya bilmirəm. Onun burada tamamilə tək qalmasına necə razı olum? Mənim artıq heç kimim qalmayıb".

Qeyd olunur ki, o, hər axşam qəbiristanlığa gedir, məzarın yanında yorğan sərir və səhərə qədər orada qalır. Artıq üç aydır ki, bu vəziyyət davam edir.

Məlumata görə, gündüz saatlarında qəbiristanlığa insanlar gəlir, dua oxuyur və gül gətirirlər. Lakin gecə düşdükdən sonra ərazi boşalır və yalnız ata oğlunun məzarı yanında qalır. (Musavat.com)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.