Avto

Yeni Mitsubishi L200 - FOTO

14 İyul 2014 20:56
0 Şərh     Baxış: 2 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra bazarlarda Triton adı ilə tanınan Mitsubishi L200 növbəti nəsilini yapon şirkəti ilin axırınadək təqdim etməyi planlaşdırır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mitsubishi Motors Avstraliya bölməsinin marketin üzrə direktoru Antonio Prinsipe bildirib ki, bu pikapların hər yeni nəslinin buraxılışı zamanı onların dizaynına, təchizatına və istismarının rahat olmasına xüsusi fikir veririlir.

Güman edilir ki, Mitsubishi L200 pikapı GR-HEV konseptinin əsas dizayn cizgilərini əldə edəcək. Güc qurğularına gəldikdə isə bu barədə rəsmi məlumat yoxdur.

O ki, qaldı qiymət məsələsi, bu məsələdə sevindirici heç nə yoxdur. Prinsipe birmənalı şəkildə bildirib ki, yeni Triton indikindən hiss ediləcək dərəcədə baha olacaq, amma rəqabətə dözə biləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.