Ermənistan

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI

29 Oktyabr 2021 18:00
0 Şərh     Baxış: 2 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol əldə edəcək".

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Mülki Müqavilə Partiyasından olan deputat Qaqik Melkonyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi hətta bu yola nəzarət edə bilməyə bilər:

"Biz bunu "yol" adlandırırıq, onlar buna "dəhliz" deyirlər. Amma dəhliz verməyəcəyik, dəmiryolu və ya avtomobil yolu təqdim edə bilərik. Biz Qarabağa gömrük-keçid məntəqəsi olmadan, yalnız keçid məntəqələrindən keçərək gedirik, onlar da sərbəst girib-çıxacaqlar. Ağdərə-Vardenis, eləcə də Qazaxdan Gürcüstan istiqamətinə yollar açılmalıdır. Ermənistan hökuməti bununla təkcə Azərbaycanın Naxçıvan yol əldə etməsinə razılıq vermir, həm də erməni tərəfinin bu yola nəzarət edəcəyinə əmin deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.