Ermənistan

Köçəryandan ilk açıqlama: Nəticələri hələ qəbul etmirik!

21 İyun 2021 09:24
Baxış: 2 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku bəyanat yayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bəyanatda növbədənkənar parlament seçkilərinin nəticəsini "hələ ki" qəbul etməyə hazırlaşmadıqları bildirilib.

Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etibar yaratmır.

"Müxalifətin çoxsaylı mitinqi və hakimiyyətin gözlə görünən azsaylı tədbiri, ölkədəki etibar krizisi başqa ovqatdan xəbər verir. Yüzlərlə seçki məntəqəsindən ciddi siqnallar almışıq ki, bunlar planlı saxtalaşdırmaya şahidlik edir", - bəyanatda bildirilib.

"Ermənistan" bloku qeydə alınan qanunsuzluqları araşdıracağını və bu sualların cavabı tapılmayana qədər seçki nəticələrini tanımayacağını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.