Ermənistan

Ter-Petrosyan Paşinyanla debatdan imtina etdi

1 İyun 2021 14:28
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla ictimai debatdan imtina edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan "Facebook" hesabında yazıb.

Bundan əvvəl, Paşinyan Ter-Petrosyana və ikinci prezident Robert Koçaryana parlament seçkilərindən iki gün öncə - 18 iyun tarixində İctimai TV-nin efirində Qarabağ mövzusunda debat keçirməyi təklif edib.

Musinyana görə, Ter-Petrosyanın ölkəni milli fəlakətə çatdıran şəxslə danışacağı heç nə yoxdur.

Qeyd edək ki, Paşinyanın təklifinə Koçaryan tərəfindən hələ rəsmi cavab verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.