Ermənistan

Paşinyana etiraz edən müharibə iştirakçıları döyüldü - VİDEO

21 May 2021 14:14
Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirən müxalif qüvvələrə qarşı polis zorakılığı olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, aksiyadan görüntülər paylaşan erməni mətbuatı Nikol Paşinyanın hakimiyyəti dövründə polislərin daha qəddar olmasını diqqət çəkən məqam kimi qeyd ediblər. Ermənistandakı aksiyada polis əməkdaşları tərəfindən döyülənlər arasında müharibə iştirakçıları da olub.

"Dünən axşam saatlarında polislər etiraz edən şəxslərə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər. Xuntaya tabe olan və xidmət edən bu mənşəyi bilinməyən polis məmurları İkinci Qarabağ müharibəsinin iştirakçısı olan şəxsləri də döyərək saxlayıblar", -deyə məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.