Ermənistan

Ermənilər məğlubiyyəti etiraf etdilər - Səbəb dövlət sirri sayıldı

6 May 2021 09:46
Baxış: 3 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağlıq Qarabağda 2016-cı il aprel hadisələrinin araşdırılması ilə bağlı Ermənistan parlamentində yaradılan komissiya erməni tərəfinin uğursuzluqlarının səbəblərini üzə çıxarıb. Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri, "Mənim Addımım" fraksiyasından olan deputat Andranik Koçaryan keçirdiyi brifinqdə bildirib.

"Azadlıq" radiosunn erməni xidməti məlumat verir ki, 2016-cı il Aprel hadisələri ilə bağlı yaradılan komissiyanın hesabatı parlamentin qapalı iclasında müzakirə edilib. Hakimiyyət bəyan edib ki, onların içərisində dövlət sirri olan informasiyalar var. "Biz 2016-cı ildə uğursuzluqlarımızın dərin köklərini araşdırmağa çalışdıq. Təhqiqat zamanı döyüş bölgəsində sursat və yanacağın çatışmazlığı əsas kimi götürülməyib. Müharibə vaxtı çoxlu problemlər ola bilər. Bizim idarəçilikdə problemlərin olması başqa məsələdir", - deyə A.Koçaryan vurğulayıb. Komissiya yaradılarkən eməni hakimiyyət orqanları vəd etmişdilər ki, döyüşlər zamanı erməni əsgərlərin həlak olması ilə bağlı ictimaiyyəti narahat edən məsələləri, eləcə də, ərazi itkiləri, ərzaq və silah çatışmazlığı, qarşı tərəfin qəfil hücumlarına komandanlığın operativ reaksiya verə bilməməsi barədə məlumat veriləcək. Ən əsası ordudakı təxribatların təfərrüatları araşdırılacaq. Aprel müharibəsində uğursuzluğun əsas səbəbi barədə suala erməni deputat cavab verməkdə çətinlik çəkib. Sadəcə izah etməyə çalışıb ki, bu, dövlət sirridir. A.Koçaryan eyni zamanda hesabatla bağlı bir sıra detalların yaxın vaxtlarda açıqlanacağını istisna etməyib. Onun sözlərinə görə, hesabat cinayət işlərinin qaldırılmasına da səbəb ola bilər.

44 günlük İkinci Qarabağ Müharibəsi ilə bağlı istintaq komissiyasının yaradılması barədə suala cavab verən Koçaryan bildirib ki, hakimiyyət zərurət olduqda bu müharibəni də araşdıracaq.

Aprel müharibəsində uğursuzluğun səbəbləri barədə Koçaryanın hesabatını şərh edən "Maarifçi Ermənistan" müxalifət fraksiyasının rəhbəri Edmon Manukyan bildirib ki, uğursuzluqların dərin kökləri əvvəldən də bir sıra siyasi dairələrə aydın idi. Müxalifətçi millət vəkili hesabatda bəzi çatışmazlıqların olduğunu düşünür. Andranik Koçaryanın hesabatına və müsahibəsinə istinad edərək bildirib ki, dördgünlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəisi olan Artak Davtyan da aprel hadisələrinin günahkarlarından biridir. Bu səbəbədn də indi Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmamalıdır. E.Manukyan bildirib ki, Artak Davtyanla yanaşı, hesabatda digər məmurların da adları çəkilir. Onun qənatincə, hesabatı məxfi saxlamaq düzgün deyil və vəd edib ki, onun açıqlanmasına çalışacaq.

Marukyan Aprel müharibəsindən sonra dövlət sisteminin, nə 2018 inqilabından əvvəl, nə də ondan sonra müharibəyə hazır olmadığı qənaətinə gəlib: "Böyük planlar var idi, məsələn, Onik Qasparyanın böyük planları olduğunu söyləyə bilərəm. Edilməsi lazım olanı təqdim etdi, ancaq təyinatdan bir ay sonra 44 günlük bir müharibə başladı, yəni o bir ayda bir şeyi düzəltmək mümkün deyildi. "

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, keçmiş baş nazir Karen Karapetyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan və bir çox digər yüksək rütbəli rəsmilər və hərbçilər iki il əvvəl aprel müharibəsinin şərtlərini araşdırmaq üçün yaradılan komissiyaya dindirilməyə dəvət edilmişdilər. Yalnız 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində çalışan Yuri Xaçaturov komissiyanın dəvətini rədd edib.

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.