Ermənistan

Paşinyan yenidən SƏFƏRBƏRLİK ELAN ETDİ - ŞOK SƏBƏB

11 Dekabr 2020 22:04
Baxış: 104 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinə yeni səfərbərliklə bağlı tapşırıq verib.

Milli.Az azsabah.com-a istinadən xəbər verir ki, müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistanda baş nazirin istefası ilə bağlı etirazlar davam edir.

Hakimiyyət etirazların qarşısını almaq üçün güc tətbiqi ilə yanaşı, müxtəlif inzibati resurslardan da istifadə edir. Bu resurslardan biri də Nikol Paşinyanın istefasını tələb edənlərin üç aylıq səfərbərliyə alınmasıdır.

"Antitod" hərəkatının rəhbəri Anahit Mutafyan bildirib ki, Nikol bununla bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

"Onun istefasını tələb edənlər səfərbərliyə çağrılacaqlar. Bununla onların ağzını bağlamağa çalışırlar. Bu 90-cı illərdə istifadə edilmiş vasitələrdəndir. Bu dəfə bunun baş verməsinə imkan verməyəcəyik", - Anahit deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.