Ermənistan

“Ermənistan hava yolları” fəaliyyətini dayandırır

17 Mart 2025 19:07
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın iri aviadaşıyıcısı - "Ermənistan hava yolları" şirkəti aprelin 7-dən etibarən fəaliyyətini müvəqqəti olaraq dayandıracağını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  bu barədə Ermənistan KİV şirkətin bəyanatına istinadən məlumat yayıb.

Məlumata əsasən, fəaliyyətin dayandırılması aviaparkın yenilənməsi və yeni laynerlərin alınması ilə əlaqədardır.

Ermənistan aviaşirkəti bazara nə vaxt qayıdacağını açıqlamasa da, öncədən bilet bron etmiş sərnişinlərin pullarının tam məbləğdə qaytarılacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.