Dünya

Ermənistanda arxiyepiskop Mikael Adjapaxyan saxlanıldı - YENİLƏNİB

27 İyun 2025 12:58
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan təhlükəsizlik qüvvələrinin əməkdaşları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanı saxlayıblar.

Milli.Az bu barədə Sputnik Ermənistana istinadla məlumat verir.

Hadisə ilə əlaqədar olaraq, bu dəqiqələrdə Eçmiədzində vəziyyət son dərəcə gərgin olaraq qiymətləndirilir. Məlumata görə, hüquq-mühafizə orqanları vətəndaşların Eçmiədzinə daxil olmağa çalışdıqları prospekti bağlayıb.

---------

12:11

Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması barədə hüquq-mühafizə orqanları qərar qəbul ediblər.

Milil.Az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan xəbər verib.

Zöhrabyan keşişlərin toplaşdığı görüşdə bildirib ki, arxiyepiskop İstintaq Komitəsinə çağırılıb və ilkin ifadəsindən sonra onun həbs olunması üçün məhkəməyə vəsatət veriləcək.

Son məlumatlara görə, hüquq-mühafizə orqanları tanınmış dini lider, Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Adjapaxyanın iqamətgahında xüsusi əməliyyat keçiriblər.

Vəkil qeyd edib ki, müdafiə tərəfi arxiyepiskopun hüquqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcək. O, bu cinayət işini hakimiyyətin kilsəyə qarşı apardığı təzyiq kampaniyasının bir hissəsi hesab etdiyini vurğulayıb.

Hazırda arxiyepiskopun həbsi ilə bağlı qərarın yaxın günlərdə məhkəmə tərəfindən verilməsi gözlənilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.