Ermənistan

Paşinyan arvadı barədə: "Biz evli deyilik"

17 Dekabr 2024 00:08
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan barədə deyib.

"Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik", - deyə o qeyd edib.

Akopyan əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.