Ermənistan

Ermənistan parlamenti delimitasiya komissiyası barədə qərar verdi

23 Oktyabr 2024 10:34
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamenti delimitasiya komissiyalarının iş reqlamentini təsdiqləyib

Milli.Az xəbər verir ki,bu barədə erməni KİV məlumat yayıb.

Ermənistan parlamenti sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin əsasnaməsi layihəsini təsdiqləyib.

67 deputat səsvermədə iştirak verib. Müxalifətdə olan "Hayastan" və "Mənim şərəfim var" fraksiyaları sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər.

Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi SSRİ-nin dağılması zamanı istifadə edilən xəritələrə istinad edərək delimitasiya komissiyasının əsasnamə layihəsini Konstitusiyaya uyğun tanıyıb. Oktyabrın 21-də Milli Məclisin Xarici əlaqələr komissiyası reqlamenti təsdiq edərək deputatların müzakirəsinə göndərib.

Nərmin Mahmudova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.