Ermənistan

Paşinyan Bakıdan bunu istəmir, 3 ölkə isə əl çəkmir

13 Oktyabr 2024 17:10
Baxış: 3 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ, Fransa və Niderlandın qanunvericiləri ermənidən çox erməni olmağa çalışırlar. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq və dəhlizlərin işə düşməsini istəyir. Paşinyanı Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır və o Qarabağ mövzusunun ölkəsi üçün bitdiyi qənaətindədir. Dərinə getsək, həbsxanadakı separatçıların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir, çünki onlar azadlığa çıxarlarsa, onun rəqiblərinə qoşulacaq və Ermənistan hökuməti üçün təhlükə yaradacaqlar. Paşinyan açıqlamalarının heç birində ermənilərin Qarabağa qaydışından da danışmayıb, mövcud reallıqla barışıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Nikol Paşinyan erməni cəmiyyətinə Qarabağa aid nə varsa unutmağı təlqin edərkən, ABŞ, Fransa və Niderland qanunvericiləri separatçıların azad edilməsi, Qarabağda "erməni mədəni isrsinin qorunması", ermənilərin Qarabağa qayıdışı məsələlərini qaldırmaqla Ermənistana ayı xidməti göstərirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra iki dövlət arasında münasibətlərin nizamlanması başlayacaq və erməni lobbisi ilə birgə hərəkət edənlərin xidmətinin Ermənistana ancaq zərəri olacaq. Biz isə çalışmalıyıq ki, ABŞ, Fransa və Niderlandın sıraları genişlənməsin, başqa dövlətlərin qanunvericiləri erməni lobbisinin təsiri altına düşməsinlər", - politoloq bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.