Paşinyan Azərbaycanla müqaviləni hansı niyyətlə imzalamaq istəyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçıları Şurasının iclasında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı əsas öhdəlikdən yayınaraq bəyan edib ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.
Milli.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev Report-a danışıb.
O, MDB dövlət başçıları Şurası çərçivəsində səsləndirilən mövqe ilə 1996-ci ildə ATƏT-in Lissabon sammitində Ermənistanın ortaya qoyduğu mövqe arasında paralellər apararaq, ciddi ziddiyyətin olduğunu vurğulayıb.
"1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan məhz 5 iyul 1995-ci ildə qəbul olunmuş konstitusiyaya istinad edərək sammitin yekun sənədini imzalamaqdan boyun qaçırmışdı. Əsas gətirmişdi ki, ölkə konstitusiyası Qarabağı Azərbaycanın ərazisi kimi göstərən istənilən beynəlxalq sənədi imzalamağa imkan vermir", - deyə deputat bildirib.
Rizvan Nəbiyev xatırladıb ki, o vaxt Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diplomatik çeviklik və məharət sayəsində ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Ermənistan istisna olmaqla, 53 iştirakçı dövlətin qoşulduğu və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bəyanat verildi:
"Nəticədə, Ermənistan təkləndi, Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq səviyyədə bir daha dəstək verildi.
İndi isə sual olunur, hələ də qüvvədə olan 1995-ci il konstitusiyasında dəyişiklik edilmədən Ermənistanın baş naziri Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında beynəlxalq müqaviləni hansı niyyətlə imzalamaq istəyir?".
Deputat onu da əlavə edib ki, Ermənistan konstitusiyasında dəyişiklik edilənədək erməni baş nazirlər və ya prezidentlər belə ziddiyyətli və qeyri-ardıcıl mövqe sərgiləməkdə davam edəcəklər:
"Bu halda isə sülh müqaviləsinin imzalanmasından tərəflər bir az da uzaq düşəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





