Ermənistan

İrəvanın yeni hiyləsi: Bakıdan bunu istəyirlər, əvəzində isə...

15 Avqust 2024 18:29
Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməsi ilə bağlı Azərbaycandan istəkləri var.

Milli.Az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert məsələ ilə əlaqədar Ermənistandan verilən son açıqlamaya diqqət çəkib:

"Ermənistan Xarici İşlər Nazirliyinin "ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər" açıqlamasından bu qənaətə gəlmək olar ki, İrəvan Minsk qrupu məsələsində israr etmir, sadəcə birtərəfli güzəşt kimi olmasın deyə, bu mövzunu danışıqlarda rəsmi Bakı ilə alver predmetinə çevirmək istəyir. Yəni demək istəyirlər ki, "biz sizin istəyinizə uyğun olaraq Minsk qrupundan imtina etsək, bunun qarşılığında siz də bizim istəklərimizdən birini yerinə yetirməlisiniz".

Ermənistan hökumətinin əsas istəklərindən biri budur ki, Azərbaycan ordusu şərti sərhəddəki strateji yüksəkliklərdən geri çəkilsin. Bu, mümkün deyil. Birincisi, sərhədin müəyyənləşməsi prosesi illərlə uzanacaq və bu, sülh sazişindən ayrı aparılan danışıqlar prosesidir. İkincisi, Azərbaycan ordusunun nəzarət etdiyi strateji yüksəklikləri "Minsk qrupundan imtina bəndi" ilə tərəzinin eyni gözünə qoymaq olmaz, birinci dəfələrlə ağır gələr.

Ermənistanın Minsk qrupundan imtina etməməsinin Azərbaycana böyük zərəri yoxdur, strateji yüksəkliklər isə bizə Ermənistan üzərində böyük üstünlük qazandırıb, bundan imtina mümkün deyil.

Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə iddianı əks etdirən bəndlərdən imtinaya hazırlaşmalıdır. Bizim üçün konseptual məsələ budur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.