Ermənistan

Ermənistan parlamentinin növbədənkənar iclası çağrılır

11 İyul 2024 19:41
Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Novosti Armeniya" yayıb.

Bildirilib ki, gündəlikdə yeddi məsələ var. Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək.

Gündəlikdə duran məsələlərə bunlar daxildir: "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi barədə , "Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" , "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə, "Hərbi qulluqçular haqqında" və bununla bağlı qanunlara dəyişikliklər, "Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında" qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, "Milli təhlükəsizlik orqanlarında xidmət haqqında" qanuna dəyişikliklər edilməsi barədə, "Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında" qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.