Ermənistan

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

15 Aprel 2024 18:45
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İran İsraili bombalayanda, ABŞ və İngiltərə müttəfiqlərini tək qoymayanda, atılan bütün raketlərin 99%-i məhv ediləndə müttəfiqliyin nə demək olduğunu anladıq. İsrail ərazisinə yalnız bir neçə raket düşdü. Rusiya başa düşməlidir ki, müttəfiq müttəfiqini tək qoymayandır, onlar isə bizi tək qoydu.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qagik Melkonyan deyib.

"Biz alternativ axtarmağa başlayanda, Avropaya yaxınlaşmaq istəyəndə bizim Mariya (Mariya Zaxarova - red.) dedi ki, bizi məhv edəcəklər, ABŞ-a, Avropaya bax, dost olduqlarını tək qoyurlar. İndi əziz Mariya, İsrailə bax, bu dövlət ABŞ və İngiltərənin müttəfiqidir, fikir ayrılıqları olsa da, müttəfiqlərini necə dəstəkləyirlər. Bizi dəstəkləyəcək belə bir müttəfiqə ehtiyacımız var. Biz və Azərbaycan müttəfiqimizin sayəsində münasibətləri həll edə bilmirik, çünki o, bu sülhün bağlanmasına imkan vermir ki, burada həmişə varlığını qoruyub saxlaya bilsin", - Melkonyan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.