Ermənistan

Marukyanı buna görə işdən çıxartdım - Paşinyan

12 Mart 2024 16:43
Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Marukyanın istefasına səbəb onun işindən narazılığım olub. Bəli, Edmon Marukyan onun işindən narazı olduğum üçün işini tərk etdi. Onun bu haqda məlumatı var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan istefasına səbəb kimi "fundamental xarici siyasi məsələlərə baxışların fərqliliyi" olduğunu bəyan edib. Erməni mediası isə iddia edirdi ki, Marukyan Azərbaycanla bağlı məsələlərdə "barışmaz mövqeyinə" görə istefaya göndərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.