Ermənistan

Paşinyan radio binasında “artsax bayrağı” gördü, bunu etdi

6 Fevral 2024 10:58
Baxış: 2 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qədər əvvəl Ermənistanın "İctimai" radiosuna müsahibə verən baş nazir Nikol Paşinyanın davranışı müzakirələrə səbəb olub.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən radionun əməkdaşları mediaya məlumat sızdırıblar.

Belə ki, Paşinyan müsahibə üçün gəldiyi binaya daxil olarkən orada məhv olmuş qondarma rejimin "bayrağ"ını görüb və radionun əməkdaşlarına onu endirməyi əmr edib. Radio işçiləri qondarma "bayrağı" endiriblər, müsahibə bitdikdən sonra isə yenidən binaya asıblar. Lakin əraziyə gələn səlahiyyətli şəxslər Paşinyanın xəbərdarlığını radio rəhbərliyinə çatdırıb. Bundan sonra əsgi parçası binanın önündən yığışdırılıb.

Sözügedən məsələ Ermənistan müxalifəti arasında ciddi müzakirələrə səbəb olsa da, cəmiyyətin Qarabağ məsələsinə əvvəlki həssaslıqla yanaşmadığı, bu hadisəyə də reaksiya vermədiyi bildirilir.

Qeyd edək ki, Ermənistanda keçmiş qondarma rejimlə bağlı bir çox şeyə qadağa qoyulduğu deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.