Ermənistan

“Növbəti sammit İrəvanda olacaq” - Paşinyan

2 Oktyabr 2025 20:15
Baxış: 420
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Avropa Siyasi Birliyi"nin növbəti - 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Mən iştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı rəsmi olaraq İrəvana dəvət etdim. Onların hər birinə ev sahibliyi etmək böyük şərəfdir", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl erməni mediasında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da İrəvanda keçiriləcək sözügedən sammitə gedəcəyinə dair məlumatlar yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.