Cəmiyyət

"Bakı Metropoliteni" təkzib etmişdi, amma... - Vüsal Aslanov rəisi işdən çıxardı

2 Oktyabr 2025 16:59
Baxış: 700
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. 

Milli.Az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. Tərlan Həsənli öz ərizəsi ilə vəzifələrindən azad olunub. 

Qeyd edək ki, bu ilin avqust ayında Qaynarinfo "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənlinin işdən çıxması ilə bağlı məlumat yaymışdı. Lakin "Bakı Metropoliteni" Asəf İsgəndərlinin işdən ayrılmasını təsdiqləsə də, Tərlan Həsənli ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Əldə etdiyimiz məlumata görə, Asəf İsgəndərli "ATS Food" MMC-də baş maliyyə direktoru, Tərlan Həsənli isə "Agro Chain" MMC-nin baş icraçı direktoru təyin edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.