Siyasət

"Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm"

2 Oktyabr 2025 21:20
Baxış: 326

Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu deyib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bunu Kopenhagendə azərbaycanlı jurnalistlərə müsahibəsində bildirib.

"Bu gün səhər Baş nazir Paşinyanla (Ermənistanın Baş naziri Nikol Paşinyanla), günorta isə Prezident Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyevlə) görüşdüm. Ümid edirik ki, paraflanmadan sonra sülh sazişinin tam şəkildə imzalanması baş tutacaq və region ölkələri ilə münasibətlərin tam normallaşması üçün bütün zəruri addımlar atılacaq", - o, qeyd edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.