Ermənistan

Çantasından güllələr tapılan partiya sədri azadlığa buraxılıb

31 Dekabr 2023 20:40
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda həbs edilmiş "Vətənin Gücü" partiyasının sədri Tiqran Arzakansyan azadlığa buraxılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

"Faktla bağlı 335-ci maddə ilə cinayət işi açılıb, güllələrin qanunsuz və ya qanuni olması halları dəqiqləşdirilir", - İstintaq Komitəsindən bildirilib.

Komitədən bildirilib ki, hazırda ibtidai istintaq aparılır.

Bundan əvvəl "NEWS.am" saytı "Zvartnots" hava limanının aviasiya təhlükəsizliyinin əməkdaşlarının partiya sədri Tiqran Arzakansyanı hava limanında saxladığını bildirmişdi. O, həbs edilmişdi.

İrəvan-Dubay reysi ilə uçan sərnişin Arzakansyanın çantasından naməlum tipli silaha məxsus 16 ədəd güllə tapılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.