Ermənistan

“Nə ermənilər Qarabağa, nə azərbaycanlılar bura qayıtsınlar” - Papoyan

11 Dekabr 2023 20:08
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanla danışıqlarda bir sıra məqamlar razılaşdırılıb, bəziləri isə hələ razılaşdırılmayıb, hər şey bu və ya digər səviyyələrdə müzakirə olunacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin komitə sədri Gevorq Papoyan deyib.

Deputat azərbaycanlı qaçqınların Ermənistana mümkün qayıdışı mövzusuna toxunaraq bildirib:

"Ermənistanın mövqeyi belədir: hər şey qarşılıqlı şəkildə baş verməlidir. Əgər bizim üçün bir şey olmayacaqsa, Azərbaycan üçün də olmayacaq. Bu kontekstdə hesab edirəm ki, ən yaxşı variant bu status-kvonu saxlamaq olmalıdır, yəni nə gəlmək, nə də getmək. Gələcəkdə, dinc mühit və ya o fürsət yarananda, düşünürəm ki, çox yox, məhdud sayda insan bu hüquqdan bəlkə istifadə edəcək. Amma bu, mütəşəkkil bir proses olmayacaq. Ən yaxşı həll bu status-kvonu saxlamaqdır".

Gevorqyan qeyd edib ki, mövcud durumda nə ermənilərin Qarabağa, nə də azərbaycanlıların Ermənistana qayıtmaları mümkündür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.