Ermənistan

Rusiyanı ölkədən bu cür qovaq - Sərkisyan

24 Noyabr 2023 15:59
Baxış: 2 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni sosioloq Karen Sərkisyan Rusiyanı Ermənistandan qovmağı təklif edib.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, o, Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib.

"Fikrimcə, Rusiyanı Ermənistandan süpürgə ilə qovmalıyıq. Əməkdaşlığı bitirmək, rus telekanallarını ləğv etmək, rus məktəblərini bağlamaq, bizə göndərdikləri kitablarını kubik halına salıb elə qovduğumuz ruslar vasitəsilə ölkələrinə göndərmək lazımdır. Konsulluq açmaqlarına imkan verməməliyik, sərhədçilərini, Rusiyadan gəlib burada sinaqoqu yandırmağa cəhd edən əclafları qovmalıyıq. Onları döymək lazımdır ki, yaxın 100 il ərzində Ermənistanı xatırlayarkən kəkələsinlər. Rusiya Ermənistandan abidələri ilə birgə qovulmalıdır!" - Karen Sərkisyan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory