Ermənistan

Ermənistana verilən “İsgəndər”in sirri ortaya çıxdı - Moskvadan İrəvana zərbə

23 Noyabr 2023 13:21
Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Azərbaycana görə pulunu ödədəyimiz silahları Ermənistana vermir".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qaqik Melkonyan çıxış edib.

Melkonyan bildirib ki, Ermənistan KTMT-nin üzvü olsa da, bu təşkilat əvvəldən pulunu ödədəyimiz silahı vermir.

"İndim nə ödədiyimiz pulu qaytarırlar, nə də silahları verirlər. Fikrimcə, Azərbaycan bunu istəmədiyi üçün KTMT belə mövqe sərgiləyir", - Paşinyanın deputatı iddia edir.

Əslində bu iddialarla Ermənistanın KTMT-dən uzaqlaşmasına ictimai dəstək əldə etməyə çalışırlar. Lakin Melkonyanın açıqlamasında diqqətçəkən məqamlardan biri "İsgəndər" sistemləri ilə bağlı dedikləridir.

"Əvvəllər biabırçı vəziyyət var idi. Bizdən tələb edirdilər ki, silahı yalnız Rusiyadan almalıyıq. Rusiya da köhnə silahları verirdi. 2022-2004-cü illərdə xidmətdə olduğum vaxt hərbi texnikanı aldıqdan sonra onun təmir edilməsi üçün də pul ödəyirdik. Sarkisyanın dövründə "İsgəndər"lər verdilər, sevindik, amma sonra gördük ki, bunun adi maketdən fərqi yoxdur", - o deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.