Ermənistan

Bakı bu təklifi qəbul etməyəcək - Ağazaryan

9 Noyabr 2023 09:24
Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyim qədərilə, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə edilmir, ancaq belə bir məsələnin olmadığını demək də yanlışdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan çıxış edib.

Erməni deputat hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin əsas bəndləri təmin edildikdən sonra anklavlar məsələsi gündəmə gələcək və hansısa yolla həllini tapacaq.

Onun fikrincə, ən yaxşı variant anklavların dəyişməsidir:

"Ancaq Azərbaycan bunu qəbul etməyəcək və deyəcək ki, bizim olan bizim, sizin olan sizindir. Nəticədə buralar qeyri-sabitlik ocaqları olacaq. Buradan belə çıxır ki, Azərbaycan Ermənistanı sıradan çıxarmaqla Türkiyə ilə bu bölgədə sülh yaratmaq istəyir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.