Azərbaycan torpağında Rusiyanın dəstəyi və himayəsi altında 32 ildən çox mövcudluğundan sonra ordumuzun son, cəmi bir sutkalıq əməliyyatları nəticəsində varlığını itirmiş separatçı-terrorçu hayk rejiminin keçmiş qondarma "dövlət naziri" Qurgen Nersisyan Ermənistanda vəkilliklə məşğul olacaq.
Milli.Az hafta.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın News.am agentliyi məlumat yayıb.
Xatırladılır ki, Qurgen Nersisyan dövlət naziri vəzifəsinə təyin olunmazdan əvvəl gorbagor "artsax"ın "baş prokuroru" olub. Onun bu "səlahiyyət"lərinə 2023-cü il fevralın 24-də vaxtından əvvəl xitam verilib, ondan bir gün əvvəl Ruben Vardanyan "dövlət nazir"i vəzifəsindən azad edilib, bir neçə gün sonra isə Qurgen Nersisyan həmin vəzifəyə təyin edilib. Bu il avqustun 31-də Qurgen Nersisyan tutduğu "dövlət naziri" vəzifədən azad edilib və qanunsuz "təhlükəsizlik şurası"nın katibi və sonradan sonuncu qondarma "prezident" seçilmiş Samvel Şahramanyan "dövlət naziri" təyin edilib.
Milli.Az