Ermənistan

Ermənistanda silahlı insident - Vitse-mer yaralandı

21 Oktyabr 2023 09:54
Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Aştarak şəhərinin Araqatsotn rayonunda silahlı insident baş verib.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-i saat 17:00-da Qalusti Dzor istirahət zonasına gedən yolda dava baş verib. 

Belə ki, 65 yaşlı Qalust Q, onun 37 yaşlı oğlu Hayk Q və Aştarak icmasının başçısı Tovmas Ş. torpaq məsələsinə görə dava ediblər.

İcma başçısının adamları yerli sakinləri döyməyə başlayıb və bu zaman 37 yaşlı Hayk Q. üzərindəki avtomatla atəş açıb. 

Güllələr Aştarak şəhərinin vitse-meri, 52 yaşlı Vardan Səfəryana və 26 yaşlı Q. Qora dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.