Sağlamlıq

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? - Mütəxəssis xəbərdarlığı

4 Dekabr 2025 02:02
Baxış: 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qurudulmuş meyvələr qış mövsümündə ən çox istehlak edilən məhsullar arasında olsa da, onların düzgün saxlanması bəzən diqqətdən kənarda qalır. Mütəxəssislər xəbərdarlıq edir ki, qeyri-uyğun şəraitdə saxlanan quru meyvələr həm keyfiyyətini itirir, həm də insan sağlamlığı üçün təhlükə yarada bilər.

Milli.Az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssislərin sözlərinə görə, ilk növbədə qurudulmuş meyvələr nəm və birbaşa günəş şüası olmayan yerdə saxlanmalıdır.

Nəmli mühit kif və bakteriyaların sürətlə çoxalmasına səbəb olduğundan məhsulun tez xarab olmasına gətirib çıxarır.

Meyvələrin saxlanılması üçün şüşə qablar, hava keçirməyən konteynerlər və ya qalın materialdan hazırlanmış paketlər daha əlverişli sayılır. Bu, həm məhsulun qoxu çəkməsinin qarşısını alır, həm də uzunmüddətli qorunmanı təmin edir.

Mütəxəssislər bildirirlər ki, ideal saxlanma temperaturu 10-18°C aralığıdır. İsti mühitdə saxlanılan quru meyvələrdə şəkər kristallaşması və dadın dəyişməsi müşahidə oluna bilər.

Bundan başqa, quru meyvələrin soyuducuda saxlanması da tövsiyə olunur, xüsusilə də quru ərik, kişmiş və gavalı kimi məhsulların. Lakin soyuducuda saxlanılan meyvələr hava keçirməyən qabda qoyulmalıdır ki, nəm çəkməsin.

Qida üzrə mütəxəssislər əlavə edir ki, məhsullar satın alındıqdan sonra mütləq nəzarət olunmalıdır.

Qurudulmuş meyvələr düzgün şəraitdə saxlanıldıqda bir neçə ay, hətta bəzi növlər bir ilə qədər öz keyfiyyətini qoruya bilir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.