Ermənistan

Ermənistanda daha bir eks-nazirlə bağlı cinayət işi açıldı

18 Oktyabr 2023 19:28
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda daha bir eks-nazir həbs oluna bilər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Baş Prokurorluq Korrupsiya Əleyhinə Məhkəməyə keçmiş mədəniyyət naziri Hasmik Poqosyanla bağlı iş yönləndirib. O, Çaykovski adına məktəbin ərazisinin özəlləşdirilməsi zamanı sui-istifadə hallarına yol verməkdə ittiham olunur.

İş materiallarına görə, Poqosyan öz vəzifə səlahiyyətlərindən dövlət maraqlarına ziyan vurmaqla istifadə edib və saxtakarlığa yol verib.

Onun barəsində iş sentyabrın 27-də açılıb, materialalr isə oktyabrın 4-də Korrupsiyaya Əleyhinə Məhkəməyə göndərilib.

Qeyd edək ki, son illər İrəvan keçmiş nazirlərə qarşı cinayət işləri qaldırır. Dünən isə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.